"Ukraynanın hərbi qələbə şansı yüksək deyil" - Mark Milley

"Ukraynanın hərbi qələbə şansı yüksək deyil" - Mark Milley

"Ukraynanın hərbi qələbə şansı yüksək deyil". SİA xəbər verir ki, bunu ABŞ Birləşmiş Rəislər Komitəsinin sədri Mark Milley Pentaqonda keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, Rusiyanın uğursuzluqlarla üzləşməsinə baxmayaraq, Ukraynada hələ də əhəmiyyətli döyüş gücü var.

Amerikalı generalı Kiyevi ehtiyatlı olmağa çağırıb: "Ukrayna ordusunun qələbəsi ehtimalı yüksək deyil. Siyasi baxımdan, rusların geri çəkildiyi siyasi həll ola bilər. Bu, mümkündür".

Milley əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynanın özünü müdafiə etməsi üçün lazım olan müddətdə dəstəkləyəcək .

Bütün xəbərlər Facebook səhifəmizdə