İstanbulda partlayış olub - xəsarət alanlar var

İstanbulda partlayış olub - xəsarət alanlar var

Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb. SİA xəbər verir ki, “Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə