Noyabrın 15-də Polşada baş vermiş raket insidentinə görə ABŞ Rusiyanın məsuliyyət daşıdığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Ağ Evdən verilib.
Qeyd olunur ki, ABŞ hazırda aparılan istintaqın nəticələrindən asılı olmayaraq məsuliyyəti Rusiya Federasiyasının üzərinə atmaq qərarına gəlib. Eyni zamanda, Ağ Ev bildirib ki, Vaşinqton hələlik Ukrayna Silahlı Qüvvələrinə məxsus raketlərin Polşa ərazisinə düşdüyünü sübut edəcək dəlil görməyib.
Xatırladaq ki, bazar ertəsi Polşanın Ukrayna ilə sərhədində Lyublin voyevodalığına raket düşüb. Hadisə nəticəsində iki nəfər ölüb. Polşa prezidenti Anjey Dudanın sözlərinə görə, raket böyük ehtimalla Ukrayna hərbçilərinə məxsus olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB