“Susmağın qiyməti qəbuledilməzdir”

“Susmağın qiyməti qəbuledilməzdir”

Vətənə xəyanətdə, arzuolunmaz təşkilatda işləməkdə və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunaraq 24 il cəzası gözlənilən müxalifətçi Vladimir Kara-Murza BBC-yə müsahibəsində məsələni şərh edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Moskva İstintaq Təcridxanasından yazdığı məktublarda o, heç nədən peşman olmadığını, çünki “sükutun qiyməti qəbuledilməzdir” deyib. Susmağın özünü “şəriklik forması” adlandıran siyasətçi, Rusiyadan kənarda işləyə bilməyəcəyini də bildirib.

“Düşünmürəm ki, başqa yerdə təhlükəsiz yerdə otursaydım, siyasətlə məşğul olmağa, insanları hərəkətə çağırmağa haqqım olmazdı”-deyə Kara-Murza bildirib.

Qeyd edək ki, ikili vətəndaşıığı olan (Rusiya və Böyük Britaniya-A.B) Vladimir Kara-Murza müxalif ictimai xadim və jurnalistdir. O, Birləşmiş Ştatlarda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Rusiya siyasətçiləri və rəsmilərinin ABŞ-a girişinə qadağa qoyulmasını, aktivlərinin dondurulmasını nəzərdə tutan Maqnitski Aktının qəbulunu təmin edib.

Kara-Murza həm də Boris Nemtsov adına Azadlıq Fondunun idarə heyətinin sədri, Rusiyada arzuolunmaz elan edilən “Azad Rusiya” Fondunun vitse-prezidentidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə