İspaniyaya qaça bilən rus əsgəri Madriddə məskunlaşıb

Mülkü şəxsləri öldürənlərə...fəxri ad verilib
İspaniyaya qaça bilən rus əsgəri Madriddə məskunlaşıb

Rusiyalı hərbçi Nikita Çibrin Ukraynada döyüşən bölməni gizli şəkildə tərk edərək xaricə qaça bilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, vaxtilə Buçada döyüşən Çibrin şəhərdə iddia edilən hərbi cinayətlərin beynəlxalq təhqiqatı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, Çibrin 51460 saylı hərbi hissədə xidmət edib. Bu, Xabarovsk diyarının Knyaz-Volkonskoye kəndində yerləşən 64-cü motoatıcı briqadadır. Bu gün Ukrayna kəşfiyyatı bölməni Buçada mülki əhalinin kütləvi şəkildə qətlə yetirməkdə ittiham edir.

Çibrinin öz etirafına görə, onu da bəzi həmyerliləri kimi aldadaraq Ukraynaya aparıblar. Onun dediyinə görə, bir neçə ay arxa xidmətdə olublar.

Daha sonra o aldığı zədə səbəbindən bölmənin yerini tərk edə bilib. Çibrin Rusiyaya qayıdıb, oradan Qazaxıstana, Qazaxıstandan isə İspaniyaya qaçaraq Madriddə məskunlaşıb.

Xatırladaq ki, 64-cü motoatıcı briqadanın hərbçiləri Buçaya martın ortalarında gətiriliblər. Sonrakı 18 gün ərzində briqadanın nəzarətə götürdüyü Buça bölgəsinin birində əsgərlərin düşərgə saldığı altı evin bütün sakinləri də daxil olmaqla 12 nəfər öldürülüb.

Ukraynanın Andreevka kəndinin sakinləri hərbi briqadaları qarət etməkdə, dinc sakinləri öldürməkdə ittiham ediblər.

Qeyd edək ki, sonradan yerli sakinlərə divan tutan azı dörd əsgərinin kimliyi müəyyən edilib. Belə ki, onlardan biri Daniil Frolkin Andreevka sakini Ruslan Yaremçukun qətlini etiraf edib.

...Amma 2022-ci il aprelin 18-də Vladimir Putin briqadaya “şəxsi heyət tərəfindən göstərilən kütləvi qəhrəmanlıq və cəsarətə, mətanət və cəsarətə görə” qvardiya fəxri adı verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə