Bu arada Dnepr şəhərinin mərkəzindəki Puşkin prospekti Lesya Ukrainkanın şərəfinə adlandırılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müvafiq qərar şəhər şurasının noyabrın 16-da keçirilən sessiyasında qəbul edilib.
Toponimiyanın de-ruslaşdırılması çərçivəsində daha yeddi küçə yeni adlar aldı. Belə ki, Nezlamna, Xutirska küçələrinin adları da dəyişdiriıib.
Qeyd edək ki, bundan əvvəl, 2022-ci ilin iyulunda yerli hökumətlərin ərizələrinin vahid reyestrində insanlar Dneprdəki Puşkin prospektinin adının Lesya Ukrainka olaraq dəyişdirilməsi və müvafiq olaraq abidənin dəyişdirilməsi ilə bağlı petisiya üçün imza toplayırdılar.
Həmin vaxt sənəd lazımi 3000 səs toplana bilməmişdi. May ayında Dneprdə şəhərin Katedral meydanında ucaldılmış komsomolçuların abidəsi, Heroiv prospektindəki “Jukov meydanı” stelesi və ruslarla bağlı bir neçə başqa obyekt sökülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB