ABŞ kubalı miqrantları ölkәlәrinә göndәrәcәk

ABŞ kubalı miqrantları ölkәlәrinә göndәrәcәk

Amerika Birləşmiş Ştatları qeyri-qanuni kubalı miqrantları geri göndərməyə davam edəcək.

Kuba xarici işlər nazirinin müavini Karlos Kossio verdiyi açıqlamada ölkəsi ilə ABŞ arasında qeyri-qanuni miqrantların vəziyyəti ilə bağlı görüş keçirildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Cossio deyib: “Təhlükəsiz və nizamlı miqrasiya prosesini həyata keçirmək kimi ümumi məqsədimizə töhfə verdiyimiz faydalı görüş oldu”.

Bir sıra danışıqlardan sonra qeyri-qanuni kubalı miqrantların geri qaytarılması mövzusunda razılaşdıqlarını ifadə edən Kossio bu mövzuda iki ölkə arasında dialoqun davam edəcəyini vurğulayıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada iki ölkə arasındakı əməkdaşlıqdan məmnuniyyət duyulduğu ifadə olunub.

ABŞ 2022-ci ilin yanvarında adada viza və konsulluq xidmətlərini bərpa edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə