Çexiya parlamentinin aşağı palatası Rusiyadakı mövcud rejimi “terrorçu” adlandıran qətnamə qəbul edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sənədin mətni parlamentin saytında dərc olunub.
Qeyd edək ki, səsvermə noyabrın 15-də keçirilib. Qətnamə Rusiyanın Ukraynaya hücumunu, xüsusilə enerji infrastrukturuna hücumunu pisləyir və Rusiya hakimiyyətinin Ukrayna ərazisinin bir hissəsini ilhaq etdiyi referendumun nəticələrini tanımır.
Deputatlar müharibə zamanı cinayətlərin təqibi və Beynəlxalq Cinayət Məhkəməsinin istintaqı üçün xüsusi beynəlxalq tribunal yaradılması təşəbbüsünü dəstəkləyiblər.
Onu da bildirək ki, qətnamənin lehinə 200 deputatdan 129-u, əleyhinə isə 14 deputat səs verib. 57 nəfər isə bitərəf qalıb.
Yeri gəlmişkən, Çexiya Avropa İttifaqı tərəfindən embarqo tətbiq edildikdən sonra Rusiyanın enerji resurslarını alan bir neçə Avropa İttifaqı ölkələrindən biridir.
Qeyd edək ki, məhdudiyyətlər “Drujba” kəməri ilə ölkəyə tədarük olunan neftə şamil edilmir.
Xatırladaq ki, bundan əvvəl Latviya, Litva və Estoniya parlamentləri Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. ABŞ-da isə Senat Ağ Evdən bunu tələb edib. Avropa Şurası Parlament Assambleyası Rusiyadakı rejimin terrorçu kimi tanınması ilə bağlı qətnamə qəbul edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB