Fransa 44 immiqrantı deportasiya edəcək

Fransa 44 immiqrantı deportasiya edəcək

Fransa, İtaliya ilə arasında böhrana səbəb olan və həftələrlə dənizdə xilasetmə gəmisində gözləyən 234 immiqrantdan 44-nün sığınacaq müraciətini rədd edərək deportasiya etmək qərarına gəlib.

Daxili işlər naziri Gerald Darmanin, “Ocean Viking” yardım gəmisi tərəfindən xilas edildikdən sonra Toulon Hərbi Limanına aparılan 234 miqrantdan 44-nün Fransa ərazisindən çıxarılacağını açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mühacirlərin sağlamlıqları yoxlanıldıqdan sonra ölkələrinə göndəriləcəyini deyən Darmanin, bu insanların təcili olaraq deportasiyalarını reallaşdırmaq üçün əlaqədar ölkələrdəki həmkarları ilə danışıqlar apardığını qeyd edib.

Nazir immiqrantlardan 44-nün 18 yaşdan kiçik olduğunu, aralarında Suriya, Sudan və Eritreyalı mühacirlər olan 60 nəfərin sığınacaq müraciətinin qiymətləndiriləcəyini, qalan mühacirlərin üçdə ikisinin isə Avropanın 10 ölkəsinə paylanacağını sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə