Putinin fərmanından sonra Daşkənd özbək miqrantlara xəbərdarlıq edib

Putinin fərmanından sonra Daşkənd özbək miqrantlara xəbərdarlıq edib

Özbəkistanın Məşğulluq və Əmək Münasibətləri Nazirliyi yanında Xarici Əmək Miqrasiyası Agentliyi növbəti dəfə Rusiyada müvəqqəti işləyən özbəkləri “Rusiya və Ukrayna arasında münaqişə zonalarına çəkilmək çağırışlarına uymamağa, münaqişə zonalarına getməməyə və hərbi əməliyyatlarda iştirak etməməyə” çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, çağırışda, özbəklərə bəzi xatırlamalar...bir daha xatırladılır.

Belə ki, Özbəkistanın qanunvericiliyinə əsasən, xarici dövlətlərin hərbi xidmətə, təhlükəsizlik orqanlarına, polisə, hərbi ədliyyə orqanlarına və ya digər oxşar orqanlarına işə götürülən özbəklər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Miqrasiya Xidməti Rusiyadakı özbəklərə dəfələrlə xəbərdarlıq edib ki, müharibədə iştirak etməsinlər.

Qeyd edək ki, yeni xəbərdarlıq Rusiya prezidenti Vladimir Putinin noyabrın 14-də imzaladığı fərmandan irəli gəlir.

Belə ki, Putinin imzaladığı son fərman xarici vətəndaşlara Rusiya Silahlı Qüvvələrində xidmət etmək imkanı yaradır.

Onu da qeyd edək ki, bu gün Rusiyada yaşayan təkcə özbəklər deyil, ümumiyyətlə bütün miqrantlara Ukraynaya qarşı müharibədə iştirak edəcəkləri təqdirdə görə onlara külli miqdarda pul və hətta vətəndaşlıq vəd edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə