“Çox güman ki, bu, bədbəxt hadisədir”

“Çox güman ki, bu, bədbəxt hadisədir”

Bu arada heç bir şey raketin Polşa ərazisinə qəsdən düşməsini göstərmədiyini bildirən prezident Anjey Duda, bunun çox güman ki, bədbəxt yadisə olduğunu deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Duda Varşava və NATO-nun insidentlə bağlı araşdırma apardığını da bildirib. O, raketin Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən buraxılması ehtimalını da etiraf edib. “Ukraynanın hava hücumundan müdafiəsi müxtəlif istiqamətlərə raketlər atıb. Bu raketlərdən birinin Polşa ərazisinə düşmə ehtimalı yüksəkdir”, - deyə Duda əlavə edib.

Öz növbəsində Polşanın baş naziri Mateuş Moravetski NATO Nizamnaməsinin 4-cü maddəsindən istifadə etməyin lazım olmayacağını etiraf edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin Polşada raketin düşməsini Ukraynanın hava hücumundan müdafiə sisteminin işinin nəticəsi adlandırdığı bildirilmişdi.

Xatırladaq ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Raunun alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında NATO Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi bildirilirdi.

Qeyd edək ki, 4-cü maddədə “müqavilə bağlayan hər hansı bir tərəfin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhlükə altına düşərsə, tərəflər hər zaman bir-biri ilə məsləhətləşməlidirlər” deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə