Aİ Moldovaya əlavə yardım göstərəcək

Aİ Moldovaya əlavə yardım göstərəcək

Avropa İttifaqı 2023-cü ildə Moldovaya maliyyə yardımının həcmini artıracaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu noyabrın 15-də Avropa Parlamentinin deputatı Ziqfrid Mureşan bildirib. Hazırda enerji böhranı yaşayan Moldova 2023-cü ildə əlavə yardım alacaq ölkələr siyahısındadır.

Mureşan qeyd edib ki, bu, Moldovaya böhranın öhdəsindən gəlməyə və Avropa İttifaqına daxil olmağa hazırlaşmağa kömək etmək üçün lazımdır.

Respublika ayrılan vəsaiti məktəblərin, xəstəxanaların modernləşdirilməsinə, enerji böhranının idarə olunmasına, eləcə də Avropaya inteqrasiya üçün zəruri islahatların aparılmasına sərf edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə