Çinin Quançjou şəhərində insanlar pandemiya ilə bağlı sərt tədbirlərə görə etiraz ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəzəbli izdiham dünən axşam saatlarında COVİD-19 karantinləri səbəbindən qurulan barrikadaları yıxıb.
Belə ki, bir gündə Çində 17,772 COVİD-19 hadisəsi aşkar edilsə də, gündəlik halların sayı aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Təxminən 19 milyon əhalisi olan Quançjou şəhərində gündəlik yoluxanların sayı 5 mini keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB