ABŞ-ın istefada olan admiralı Mayk Mullen PBS telekanalına müsahibəsində münaqişə tərəflərindən birinin nüvə silahından istifadə edəcəyi təqdirdə Ukrayna böhranının üçüncü dünya müharibəsinə çevrilə biləcəyini istisna etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynada ABŞ və Rusiya arasında birbaşa qarşıdurma riskini qiymətləndirən Mullen deyib ki, “indi çox təhlükəli zamandır”. Onun sözlərinə görə, münaqişə nüvə silahından istifadə etmədən dayandırılmalıdır. Bu isə əminəm ki, yalnız diplomatiya ilə edilə bilər.
“Mən çox qorxuram ki, əslində bu silahlar ortaya çıxsa, biz üçüncü dünya müharibəsinə və Rusiya ilə müharibəyə çox yaxın olacağıq”, - deyə Mullen bildirib.
Qeyd edək ki, Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sabah, noyabrın 16-da Ukraynadakı münaqişə ilə bağlı yeni iclası keçiriləcəyi məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB