Polşanın Ukrayna ilə sərhədindəki Lyublin voyevodalığına iki raket düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bu Polşanın ZET radiosu yayıb.
Xəbərdə Lublin şəhəri yaxınlığındakı Prjevodov qəsəbəsinə raketlər düşdüyü və taxıl qurutma maşınları sıradan çıxmaqla yanaşı, iki nəfərin öldüyü də bildirilir.
Polis, prokurorluq və ordunun artıq hadisə yerində olduğu qeyd edilir.
“Reuters”in məlumatına görə, baş nazir Mateuş Moravitski insidentlə bağlı Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
...Noyabrın 15-də Ukraynanın bir neçə bölgəsində eyni vaxtda güclü partlayışlar baş verib. Nəticədə enerji infrastrukturu obyektlərinə ziyan dəyərək, onları yararsız vəziyyətə gətirib. Qeyd edək ki, n oyabrın 15-də günün ikinci yarısında bütün Ukraynada hava xəbərdarlığı elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB