Özbəkistan prezidenti Şavkat Mirziyoyev qızı Səidə Mirziyoyevanı prezident administrasiyasının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezident administrasiyasının səlahiyyətli nümayəndəsi bildirib.
Prezidentin qızının rəhbərlik etdiyi yeni yaradılmış sektor ictimai rəy və informasiya siyasətinin öyrənilməsi ilə məşğuldur. Mirziyoyeva həmçinin sosial sahədə, mədəniyyət və təhsil sahələrində islahatların gedişinə nəzarət edəcək.
Qeyd edək ki, Özbəkistan prezidentinin böyük qızı Səidə Mirziyoyeva 2019-2022-ci illərdə Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktor müavini, 2022-ci ildən isə Fondun Himayəçilər Şurasının sədr müavini vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, 2021-ci ilin noyabrında Özbəkistan dövlət qulluğunda birgə işləmək qadağan edilən qohumların dairəsini genişləndirməyi planlaşdırıb. Müvafiq qanun layihəsi Özbəkistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən hazırlanıb.
Yeri gəlmişkən, Səidə Mirziyoyevanın təyinatı ilk dəfə deyil ki, Mərkəzi Asiya dövlətləri başçılarının yaxın qohumları dövlət aparatında vəzifə alırlar. Məsələn, 2021-ci ilin dekabrında Tacikistan prezidenti Emomali Rahmon üçüncü qızı Ruxşonanı Böyük Britaniyaya səfir təyin edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB