Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak yanlış yönləndirilmiş şəxsdir. Onun fəaliyyəti bir çox ölkələrin taleyini məhv edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu siyasətçinin açıqlama və fəaliyyətinə münasibət bildirən politoloq Anton Bredixin deyib.
“Əlbəttə, Rişi Sunak fiqur kimi səhvdir. Əslində burada hər şey səhvdir. Açıqcası baş nazir vəzifəsinə yanlış adam seçiblər və indi bunun nəticələrini həll edirlər. O gah Ukraynanı dəstəkləyir, gah da Zelenskini dəstəkləmir. Bu, vəziyyəti bütün cəbhələrdə daha da gərginləşdirir” -deyən Bredixinin fikrincə, Sunak “böyük kadr səhvidir” və indi “dünyanın bir çox ölkəsinin taleyini həll edir”.
Maraqlıdır ki, politoloq, baş nazir postuna Boris Consonu daha münasib görür.
Qeyd edək ki, Rişi Sunak Böyük Britaniyada baş nazir Liz Trassı əvəsləyib. Onu da qeyd edək ki, Trass qısa müddətli baş nazir olarkən İngiltərədə vergiləri azaltmağa çalışıb və bu, milli valyutanın çökməsinə, borclanma faizinin artmasına səbəb olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB