Çin Rusiya və digər həmfikirlərlə birlikdə çoxqütblü dünyanın inkişafına kömək etməyə hazırdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Balidə keçirilən G20 sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Çinin xarici işlər naziri Van Yi deyib.
“Çin çoxqütblü dünyanın inkişafına qətiyyətlə kömək etmək, beynəlxalq münasibətlərin demokratikləşməsini qətiyyətlə dəstəkləmək və BMT-yə əsaslanan beynəlxalq sistemi müdafiə etmək üçün Rusiya və digər həmfikir ölkələrlə işləməyə hazırdır”.
Rus saytlarının yazdığınma görə, bunu Çin səlahiyyətlisi deyib.
Vanq Yinin sözlərinə görə, Pekin Rusiyanın taxıl sazişinin icrasına qayıtmasından guya “xoşbəxtdir” və Rusiya Federasiyasının nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı mövqeyini “rasional və məsuliyyətli” hesab edir.
Bundan əlavə, Vanq Yi əmin edib ki, Çin Ukraynadakı münaqişə ilə bağlı “obyektiv və ədalətli” mövqedən çıxış etməyə davam edəcək və “sülh danışıqlarının asanlaşdırılmasında konstruktiv rol” oynayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB