Xerson vilayətinin başçısı vəzifəsini icra edən Vladimir Saldo “özünü işlək göstərmək üşün” Xersondan “çıxan” sakinlərinin bölgənin dərinliklərinə təxliyəsinin davam etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “təxliyə davam edir" deyən Saldo, insanların təhlükəsizlik səbəbi ilə bölgənin dərinliklərinə çəkildiklərini əlavə edib.
Saldo xatırladıb ki, təxliyə başlayandan bəri 115 mindən çox insan Dnepr çayının sağından sol sahilinə köçüb. O qeyd edib ki, onların bəziləri Kaxovka, Novaya Kaxovka, Alyoşki, Qolaya Pristan şəhərlərində yerləşdirilib, “çünki orada tanışları, dostları və qohumları var”.
Saldonun dediyinə görə, sol sahilin atəşə tutulması artıq daha da intensivləşib, çünki Ukrayna Silahlı Qüvvələrinin təkcə raketlərlə deyil, artıq top artilleriyası və minaatanları da çata bilir...
Onun dediyinə görə, indi biz daha da uzaqlaşmalıyıq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB