Lavrov G20 sammitini tərk edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Balidə keçirilən G20 sammitində iştirak proqramını başa vurub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin təyyarəsi Rusiyanın Denpasar hava limanından havaya qalxıb.

Xatırladaq ki, Lavrov sammitdəki ərzaq və enerji təhlükəsizliyinə dair plenar iclasda və səhiyyəyə dair sessiyada çıxış edib.

Bundan əlavə, rusiyalı nazir Çin Dövlət Şurasının üzvü, xarici işlər naziri Vanq Yi, BMT-nin baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə də “ayaqüstü” də olsa danışıb.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə