Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın kritik infrastrukturuna raket zərbələrini ölkə lideri Vladimir Zelenskinin İndoneziyada keçirilən G20 sammitindəki çıxışına Rusiyanın cavabı olduğunu bildirib
SİA-nın əldə etdiyi məlumata görə, Yermak sosial şəbəkədə, “Rusiya Zelenskinin güclü G20 sammitindəki çıxışına yeni raket zərbəsi ilə cavab verir”-yazıb.
O, Moskvanın Ukraynada sülhə nail olmaq istəyini də şübhə altına alıb.
Qeyd edək ki, G20 sammitində videobağlantı vasitəsilə çıxışı zamanı Ukrayna prezidenti Kiyevin yeni və effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu və Minsk razılaşmalarına qayıtmağın mümküsüzlüyünü bildirib.
Ağasəf Babayev
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB