Kiyev meri Vitali Kliçko Ukraynanın bütün regionlarında fövqəladə elektrik enerjisi kəsildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, özünün Telegram kanalında yazıb.
“Ukraynanın hər yerində, paytaxt da daxil olmaqla enerji fövqəladə şəkildə söndürülməyə başlanılıb. Bu, enerji sisteminin balanslaşdırılması və avadanlıqların nasazlığının qarşısını almaq üçün zəruri bir addımdır. Stabilləşmənin dayandırılması cədvəlləri hələ ki, qüvvədə deyil”.
Qeyd edək ki, bunu Kliçko deyib.
Onun sözlərinə görə, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.
Ölkə prezidentinin aparatının rəhbərinin müavini Kirill Timoşenko Ukraynada elektrik enerjisi ilə bağlı vəziyyətin kritikləşdiyini bildirib. “Ən çox partlayışlar ölkənin mərkəzində və şimalında qeydə alınıb. Paytaxtda vəziyyət çox ağırdır, xüsusi fövqəladə söndürmə qrafikləri tətbiq edilir”.
Bunu isə Timoşenko yazıb.
Timoşenko onu da qeyd edib ki, “Ukrenerqo enerji sistemini tarazlaşdırmaq və avadanlığın sıradan çıxmaması üçün fövqəladə işıqları dayandırmağa məcburdur”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB