Xersondakı uğursuzluqdan sonra Rusiya müdafiəyə keçib

Xersondakı uğursuzluqdan sonra Rusiya müdafiəyə keçib

Rus qoşunları Xerson vilayətinin sağ sahilini itirdikdən sonra döyüş meydanında müdafiəyə keçiblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Reuters”a istinad edən və adının açıqlanmasını istəməyən Qərb rəsmisi bildirib. Onun sözlərinə görə, rus qoşunlarının çıxarılması nisbətən nizamlı olub.

“Aydındır ki, hazırda Rusiyanın Ukraynanı işğal etməsi müdafiə əməliyyatıdır”, - deyə həməm rəsmi bildirib.

Lakin Rusiyanın 30.000 əsgərin təxliyə edildiyi barədə iddiaları çox güman ki, şişirdilib.Çünki bu rəqəmin 20.000-ə yaxın olduğu təxmin edilir.

Qərb rəsmisi gələn il döyüş meydanında vəziyyətin geniş şəkildə statik olacağını gözlədiyini də etiraf edib.

Ona görə, əgər insanlar hər iki tərəfdən qüvvələrin dağılmasını gözləyirlərsə, biz indidən ilin sonuna kimi buna işarə edəcək heç bir şey görmədiyini bildirib.

“Heç bir tərəf elə bir vəziyyətdə deyil ki, qüvvələri dağılsın”, - deyə rəsmi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə