Yunanıstan KİV-ləri Oxçuçay fəlakətindən bəhs edir

Yunanıstan KİV-ləri Oxçuçay fəlakətindən bəhs edir

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Yunanıstanın “Karfitsa” xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, müəllifi dostluq cəmiyyətinin sədri Rəşid Məmmədov olan məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsi barədə danışılır. Qeyd olunub ki, Oxçuçay Ermənistan ərazisində də daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu su təmizlənmədən birbaşa çaya axıdılır və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür və onun çirklənməsi buradakı su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən böyük sağ qolu olan Araz çayı isə Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə