Hollandiya Türkiyəyə dəstək və həmrəyliyini bildirib

Hollandiya Türkiyəyə dəstək və həmrəyliyini bildirib

Rotterdam Bələdiyyəsinin sosial media hesabından paylaşılan açıqlamada İstiqlal küçəsində törədilən terror aktında həyatını itirənlərin xatirəsinə bələdiyyə binasına Türkiyə bayrağı asıldığı, bununla Türkiyəyə dəstək və həmrəyliyin göstərildiyi qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada: “Rotterdam bələdiyyə binasına asılan Türkiyə bayrağı yarıya endirildi. Ürəyimiz İstanbul hücumunda həyatını itirənlər və ailələri ilə birlikdədir”.

Yada salaq ki, İstiqlal küçəsində törədilən bombalı hücumda 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə