Almaniya kansleri Olaf Şolz G20 sammitində Rusiyanın təcrid olunmadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bu barədə xəbəri Almaniyanın “DPA” agentliyi verib.
Qeyd edək ki, Balidə keçirilən G20 sammitində Rusiya prezidenti Vladimir Putin iştirak etmir. Rusların gətirdiyi əsasa görə, indiki şərtlər prezidentin Rusiyada olmasını tələb edir.
Ona görə də Rusiya Federasiyasının nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib. Onu da qeyd edək ki, sammit çərçivəsində rusiyalı nazir, Çinin xarici işlər naziri və BMT-nin baş katibi Antonio Quterreşlə görüşlər keçirib.
Bu arada Almaniya kansleri Olaf Şolz G20 sammitinin iştirakçıları arasında Ukrayna böhranı ilə bağlı müxtəlif fikirlər formalaşdığını bildirib. Onun dediyinə görə, hətta bəzi ölkələr Rusiyanı qınamaqdan imtina etməyə də başlayıblar.
Belə görünür ki, Ukrayna böhranı ilə bağlı fikir ayrılıqlarına görə, G20 ölkələrinin sammitin sonuna qədər birgə kommünike hazırlaya bilməsi ehtimalı azdır. ABŞ, Yaponiya və Avropa ölkələrinin kommunikedə Ukrayna böhranının qeyd olunmasını tələb edəcəyi gözlənilsə də, təbii ki, Rusiyanın buna qarşı olacağı istisna edilmir.
Yeri gəlmişkən, G20 qrup 2008-ci ildə illik sammitlər keçirməyə başlayandan bəri birgə bəyanatlar verə bilir.
Maraqlıdır, bu dəfə birgə bəyanat veriləcəkmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB