Xerson Xerson vilayətinin inzibati mərkəzi olaraq qalır

Xerson Xerson vilayətinin inzibati mərkəzi olaraq qalır

Rus qoşunlarının Xersondan çıxarılmasından sonra Xerson vilayətinin inzibati mərkəzi hesab edilməsini dayandırmaq barədə heç bir qərar qəbul edilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Qeyd edək ki, “başqa qərarların qəbul edilmədiyini” deyən Kreml sözçüsü rus qoşunlarının çıxarılmasından sonra Xersonun Xerson vilayətinin paytaxtı olaraq qalıb-qalmaması ilə bağlı suala cavab verib.

Xatirladaq ki, noyabrın 9-da Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasındakı qoşunlar qrupunun komandiri Sergey Surovikinin təklifi ilə Xerson boşaldılıb.

Surovikinin sözlərinə görə, guya Rusiya hərbçiləri Ukraynanın hücumlarını uğurla dəf edib.

Qrup komandirinin gətirdiyi əsas isə rus qoşunlarının itkilərinin az olmasına hesablanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə