Rusiya Ukraynada müdafiə sədləri tikir

Yol tikintisindən müsadirə edilən üç buldozer və dörd ekskavator Ukraynaya aparılıb
Rusiya Ukraynada müdafiə sədləri tikir

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Rusiyada rəsmi şəkildə olaraq səfərbərliyin artıq başa çatdığı bildirilirdi. Maraqlıdır, görən bu doğrudanmı belədir?

Bu arada “Moskva - Nijni Novqorod -Kazan” avtomobil yolunun tikintisində çalışan bir qrup fəhləni idarə etdikləri texnikaları, üç buldozer və dörd ekskavatorla birgə müsadirə ediblər.

SİA bu barədə xəbəri yayan mənbələrə istinad edir. Mənbə “yeri qaza biləck hər şeyi götürdüklərini” bildirir.

Və texnikanın Ukraynanın işğal olunmuş ərazilərində müdafiə strukturlarının tikintisinə göndərildiklərini bildirir.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə bu işlərə Putinin dostu Gennadi Timçenkonun “VAD” SC və “Stroytransqaz” şirkətləri də cəlb olunub.

Qeyd edək ki, hələ aprel ayında prezident Vladimir Putin Federal Məclis qarşısında çıxışı zamanı tikilməkdə olan Moskva-Kazan yüksək sürətli avtomobil yolunun 3 ildən sonra Yekaterinburqa qədər uzadılması barədə göstəriş vermişdi.

İşin başa çatması 2024-cü ilə planlaşdırılsa da, amma indi belə görünür ki, bunu həmən vaxta reallaşdırmaq olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə