"Rusiyanı təcrid etməyə davam edəcəyik"

"Rusiyanı təcrid etməyə davam edəcəyik"

Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından sonra XİN rəhbərlərinin Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini davam etdirməyə, habelə onu beynəlxalq arenada onu “təcrid etməyə” cəhd etmələri ilə razılaşdıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Borrell, “Biz Rusiyanı beynəlxalq arenada təcrid etməyə davam edəcəyik, Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcəyik. Biz məhdudlaşdırıcı tədbirləri gücləndirməyə, Rusiyaya dətək verən İran, Belarus kimi üçüncü ölkələrə qarşı da sanksiyalar tətbiq etməyə hazırıq”, -deyə bildirib.

Qeyd edək ki, daha əvvəl xəbər verilirdi ki, nazirlər bazar ertəsi Rusiyaya qarşı 2016-cı ildə qəbul edilmiş strategiyanı əvəz etmək üçün nəzərdə tutulan yeni strategiyanı müzakirə etməyə başlayıblar. Müzakirə bir neçə həftə və ya ay çəkə bilər. Bununla belə, nazirlərin görüşündən əvvəl jurnalistlərə açıqlama verən yüksək rütbəli Avropa İttifaqı nümayəndəsinin fikrincə, Ukraynada münaqişə bitdikdən sonra belə bir sənədin müzakirəsi və təsdiqlənməsi məntiqlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə