Ukrayna səfiri G20 sammitində Kiyevi de-fakto təmsil edəcək

Ukrayna səfiri G20 sammitində Kiyevi de-fakto təmsil edəcək

Ukraynanın İndoneziyadakı səfiri Vasili Qamyanin G20 sammitində Kiyevi de-fakto təmsil edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı Ukrayna nəşrləri yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin onlayn formatda sammitdə iştirak etməyi planlaşdırdığı bildirilirdi. Amma formal olaraq Ukrayna nümayəndə heyətinə məhz o rəhbərlik edir.

“Dövlət başçısı oraya şəxsən gəlməsə də, görüşdə onlayn olaraq iştirak edəcək. De-fakto, Xarici İşlər Nazirliyinin izah etdiyi kimi, G20 sammitində ölkəmizi Ukraynanın İndoneziyadakı səfiri təmsil edəcək”.

Qeyd edək ki, bunu Ukraynanın “Observer” qəzet yazıb.

Onu da xatırladaq ki, bayaq da dediyimiz kimi, bu il G20 sammitində ilk dəfə olaraq birlikdə fotoşəkil çəkdirmək ənənəsindən imtina edildi. Buna səbəb Ukraynadakı vəziyyətlə bağlı iştirakçıların fikir ayrılığı olub. O cümlədən, Qərb ölkələrinin bir sıra nümayəndələri Rusiya nümayəndə heyətinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sammitdə iştirakına qarşı çıxıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə