Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyana bir gün əvvəl İstanbulda baş vermiş terror aktı ilə bağlı başsağlığına görə minnətdarlığını bildirib. O, sosial şəbəkədəki səhifəsində erməni diplomatın sözlərini repost edərək belə bir mesaj yazıb.
“Başsağlığı mesajınıza görə təşəkkür edirəm”, - Türkiyənin xarici işlər naziri təşəkkür edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Mirzoyan terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB