Belqorodda hava hücumundan müdafiə sistemi işə düşüb

Belqorodda hava hücumundan müdafiə sistemi işə düşüb

“Belqorodda, Belqorod vilayətində və Yakovlevski şəhər rayonunda hava hücumundan müdafiə sistemimiz işləyirdi. Hazırda əməliyyat xidmətləri törədilən fəsadlarla bağlı yerlərdə məlumatı dəqiqləşdirirlər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi, noyabrın 14-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz Teleqram kanalında yazıb.

İlkin məlumatlara görə, regional hakimiyyət nümayəndəsi tələfat və dağıntı olmadığını qeyd edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətini üç dəfə atəşə tutub.

Qeyd edək ki, Qladkov ilk atəşi noyabrın 14-də günortadan sonra elan edib. Onun dediyinə görə, Valuysky şəhər rayonunda Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynada atılan iki raketi vura biliblər. Buna baxmayaraq, minaların Borki kəndinə düşməsi qeyd edilib.

Daha sonra Ukrayna Silahlı Qüvvələri Qrayvoron şəhər rayonunun sərhədyanı Kozinka kəndini atəşə tutub. Mərmilərdən biri fermanın ərazisinə düşüb, nəticədə dizel yanacağı olan konteyner yanıb.

Hücum nəticəsində elektrik və qaz təchizatı sistemlərinə ziyan dəydiyi Şçiqorevka və Leninski kəndlərinin atəşə məruz qaldığı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə