Rusiya Xarici İşlər Nazirliyi Kanadanın 100 vətəndaşına qarşı sanksiya tətbiq edib, onlara Rusiya Federasiyasına giriş qadağan edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə XİN-in saytında məlumat verilib.
Siyahıya Kanadanın Rabitə Təhlükəsizliyi Departamentinin rəhbəri Piter MakKey, Alberta əyalətinin baş naziri Daniel Smit, Kvebekin keçmiş baş naziri Jan Şare, Royal Roads Universitetinin Kaskad İnstitutunun icraçı direktoru Tomas Homer-Dikson, Alberta Universitetinin Kanada Ukrayna Araşdırmaları İnstitutunun tərcüməçisi Kseniya Marinyak, "Ukraynanın qoruyucu mələkləri" layihəsinin təşkilatçısı Liza Şımko, "Ukrayna üçün çəkmələr" layihəsinin təsisçisi Oleksandr Bakus daxildirlər.
Kanada Ukrayna Konqresinin sponsorları Orest Djulinsky və Orest Protsiv, eləcə də Zaraska Fondunun təsisçisi Yevgeni Tsaraska və Lyuba Tsaraska, Mygal Ailə Fondunun təsisçisi və idarə heyətinin üzvləri, Ukrayna Kredit İttifaqının nümayəndələri və Kanada-Ukrayna Fondu da sanksiyaların altına düşdü.
Qeyd edək ki, bunlardan başqa siyahıda bir sıra jurnalistlər və Stepan Banderanın nəvəsi Stefanın, həmçinin yazıçı və kinorejissor Devid Bezmozgis, aktyor Cim Kerri və aktrisa Ketrin Uinnik də var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB