Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasına gəldikdən sonra xəstəxanaya aparılıb.
Lavrovun ürəyində problem olduğu iddia edilir. Amma Lavrovun xəstəxanaya yerləşdirilməsi rəsmi olaraq açıqlanmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirlə hər şeyin qaydasında olduğunu bildirib.
“Sergey Viktoroviçlə İndoneziyada xəstələndiyi barədə xəbər oxuyuruq və gözlərimizə inana bilmirik: onun xəstəxanaya yerləşdirildiyi məlum olur. Bu, əlbəttə ki, saxta akrobatikadır”.
Daha sonra Zaxarova eyvanda oturan Lavrovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri “siyasi oyun” adlandıraraq, Qərb jurnalistlərini “dürüst olmağa” çağırdığı video yayımlayıb.
Maraqlıdır ki, “və bizim prezidentimiz haqqında 10 ildir onun xəstə olduğu deyilir”. Bunu isə Lavrov deyib.
Bu arada Bali qubernatoru rusiyalı nazirin həqiqətən də xəstəxanaya baş çəkdiyini iddia edir.
Onun sözlərinə görə, o, bazar günü Lavrova baş çəkib. Müayinə olunan Lavrov, bundan sonra xəstəxanadan “sağlam vəziyyətdə” çıxıb.
O da maraqlıdır ki, nə Lavrovun özü, nə də Rusiya Xarici İşlər Nazirliyi səlahiyyətlisi bu mesajı şərh etməyiblər.
Qeyd edək ki, Sergey Lavrov Balidəki G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB