Musar ölkənin ilk qadın prezidenti olub

Musar ölkənin ilk qadın prezidenti olub

Oktyabrın 23-də Sloveniyada keçirilən prezident seçkilərində 7 namizəddən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün seçki ikinci tura buraxılıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, seçkinin ikinci turunda səsvermə prosesi başa çatdıqdan sonra səslərin 99 faizi hesablanıb.

Qeyri-rəsmi nəticələrə görə, Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəklədiyi Natasa Pirc Musar 53,83 faiz səslə qalib gəlib. Musar ölkənin ilk qadın prezidenti olub. Musarın rəqibi Sloveniya Demokratik Partiyasının (SDS) dəstəklədiyi müstəqil namizəd və keçmiş Xarici işlər naziri Anze Loqar hesablanan səslərin 46,17 faizini toplayıb. Seçici fəallığı 53 faiz olaraq qalıb.

Qeyd edək ki, 54 yaşlı Musar hüquqşünasdır və seçkidən əvvəl insan haqları, qanunun aliliyi və sosial rifahla bağlı kampaniya aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə