Əcnəbilər də Rusiya qoşunlarında xidmət edə biləcək

Putin əcnəbilərin Rusiya qoşunlarında xidmət keçməsi haqqında fərman imzalayıb
Əcnəbilər də Rusiya qoşunlarında xidmət edə biləcək

Bu arada Prezident Vladimir Putin xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmət keçməsi haqqında fərman imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Beləliklə, fərmana əsasən, əcnəbi vətəndaşlığı olan şəxslərə müddətli həqiqi hərbi xidmətə çağırışla, habelə müqavilə əsasında hərbi xidmət keçməyə icazə verilir.

Sənəddə həmçinin, mühakimə olunan, məhkum olunmuş və ya istintaq altında olan əcnəbi ilə müqavilə bağlanması yasaq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə