“Çətin olsa da, amma qışdan sağ çıxa biləcəyik”

“Çətin olsa da, amma qışdan sağ çıxa biləcəyik”

Gələn, 2023-cü ildə Moldova başqa qaz tədarükçüləri taparaq "Qazprom"la əməkdaşlıqdan imtina edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deputat, Moldova parlamentinin iqtisadiyyat, büdcə və maliyyə komissiyasının rəhbəri Dmitri Alayba bildirib.

Alayba sosial mediada “bu, Kremlin bizi enerji ilə şantaj edə biləcəyi sonuncu qışdır” -yazaraq paylaşıb. Onun sözlərinə görə, Moldova hakimiyyəti sadəcə başladıqları işi başa çatdırmalıdır.

Qeyd edək ki, deputat, respublika enerji böhranı səbəbindən çətin olsa da, amma qışdan sağ çıxa biləcəklərinə əminlik bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Maya Sandu “Qazprom”un respublikaya qaz nəqlinin həcmini azaltmaq qərarının siyasi olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə