NATO-nun baş katibi Yens Stoltenberq Qərbin və Ukraynanın əsas səhvini Rusiyanı qiymətləndirməməsi adlandırıb və buna yol verməməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, alyans rəhbəri qarşıdakı ayların Ukrayna üçün elə də asan olmayacağını da xatırladıb.
“Biz Rusiyanı qiymətləndirməmək kimi səhvə yol verməməliyik. Rusiya silahlı qüvvələri əhəmiyyətli imkanları, çoxlu sayda şəxsi heyəti saxlayır ... Növbəti aylar çətin olacaq”.
Qeyd edək ki, rus saytları bu fikirlərin Stoltenberq tərəfindən səsləndirildiyini yazırlar.
Stoltenberq onu da qeyd edib ki, rus qoşunlarının Xerson vilayətində Dnepr çayının sol sahilinə çıxarılması Ukrayna Silahlı Qüvvələrinin cəsarətini nümayiş etdirib və həmçinin Kiyevə hərbi dəstəyin davam etdirilməsinin vacibliyini sübut edib.
Yeri gəlmişkən, hərbi əməliyyatlar başlayandan sonra Qərb ölkələri Ukraynaya hərbi dəstəyini artırıblar.
Xatırladaq ki, Rusiya NATO-ya üzv dövlətlərə silah tədarükü ilə bağlı nota verib, Bununla bağlı bu ölkənin xarici işlər naziri Sergey Lavrov isə Ukrayna üçün göndərilən istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB