İndoneziyanın Bali adasında keçirilən G20 sammitində ənənəvi müştərək fotoqrafiya ləğv edilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kyodo agentliyi yayıb.
Sammitin təşkilatçılarının sözlərinə görə, buna səbəb Ukraynadakı vəziyyətlə bağlı iştirakçıların fikir ayrılığı olub. Xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin tədbirdə iştirakı ilə bağlı Avropa ölkələrinin və ABŞ-ın nümayəndələri şəkil çəkdirməkdən imtina ediblər.
Qeyd edək ki, G20 sammitlərində qrup çəkilişləri ilk dəfə olaraq ləğv edilir. Bununla yanaşı, Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı mövcud fikir ayrılıqları artıq G20 tədbirlərinin iştirakçılarının yekun sənədləri qəbul etməsinin mümkünsüzlüyünə səbəb olub.
Maraqlıdır ki, onların bəzilərində birgə çəkilişlər də ləğv edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB