Çində idarədən çıxan Tesla avtomobili həyəcanlı anlar yaşadıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, idarəetməni tamamilə itirən çinli sürücü ancaq divara çırpmaqla dayana bilib. Çinin Çaozjou şəhərində baş verən qəza insanları heyrətləndirib. Tesla Y model elektrikli avtomobilin əyləci tutmadıqda, sürücü qarşısındakı avtomobili əzib və divara çırparaq dayana bilib. 55 yaşlı çinli sürücü ilk ifadəsində əyləc pedalının işləmədiyini və idarəetməni itirdiyini bildirib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB