ABŞ-da silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-da silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-ın Virciniya ştatında universitet şəhərciyində atışma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Virciniya Universitetinin, Şarlotsvildə yerləşən əsas kampusunda atışma səhnəsi olub. Hücum nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı açıqlanıb. Universitet tələbəsi olduğu bildirilən hücumçunun tutulması üçün əməliyyat başladılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə