Türk hakerlər də erməni saytlarının dağıdılmasına yardım ediblər
"Anti-armenia.ORG" 1 yaşını ermənilərə məxsus yüzlərə sayt, elektron poçtu ələ keçirməklə qeyd edib. Verilən məlumata görə, ələ keçirilən saytlarda isə 3 dildə məlumatlar, həmçinin Azərbaycanın Dövlət Himni yerləşdirilib. Bu işdə Azərbaycanlı hakerlərinə türkiyəli həmkarları da kömək göstərib.
Qrup 1 yaşları münasibəti ilə paylaşdıqları şəkildə isə aşağıdakı mətn qeyd olunub:
"39-49-cu paralellərdə yerləşən Azərbaycan Respublikası artıq 22 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20%-i erməni işğalçıları tərəfindən zəbt olunub. 1 milyondan artıq vətəndaşı qaçqın düşüb. İşğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB