Türkiyə Superliqasının 14-cü turunda bu gün keçirilməli olan “Beşiktaş” – “Antalyaspor” matçı təxirə salınıb. SİA xəbər verir ki, buna səbəb bu gün İstanbulda baş verən terror hadisəsidir. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Təhlükəsizlik səbəbindən matçın bu gün keçirilməməsinə qərar verilib. Görüşün nə vaxt oynanılacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində bu saata olan məlumata görə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB