Azərbaycan millisi yoldaşlıq oyununda Xorvatiya yığmasına uduzub

Azərbaycan millisi yoldaşlıq oyununda Xorvatiya yığmasına uduzub

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub.

Komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə