“Barselona”nın mərkəz hücumçusu Robert Levandovski argentinalı ulduz Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib.
“Leo ilə oynamaq mənim arzumdur”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu 34 yaşlı Levandovski bildirib.
Messi “Barselona”nın məzunudur. 2005-ci ildən 2021-ci ilə qədər Mavi Qarnetin əsas komandasında oynayıb. Hazırda argentinalı Fransa “PSJ” nin “şərəfini” qoruyur.
Qeyd edək ki, tərəflər arasında müqavilənin daha altı ay uzadılması nəzərdə tutulub.
Yeri gəlmişkən, daha əvvəl Avropa mətbuatında “Barselona”nın bu mövsümün sonunda Messini geri qaytarmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB