Aiba “Barselona”da qalmaq istəyir

Aiba “Barselona”da qalmaq istəyir

"Barselona”nın 33 yaşlı müdafiəçisi Jordi Alba gələcək planlarından danışıb.

“Mən nə “İnter”dən, nə də başqa klubdan heç vaxt təklif almamışam. Mən həmişə "Barselona"da qalmaq istəmişəm. Burada qalıb karyeramı bitirmək istəyirəm. Amma anlayanda ki, artıq bu kluba lazım olan keyfiyyətlərə sahib deyiləm, dərhal ayrılacağam”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Alba “Mundo Deportivo”ya deyib.

Qeyd edək ki, 2022/2023 mövsümündə Jordi Alba "Barselona"nın heyətində 12 oyuna çıxıb. Onlarda müdafiəçi tərəfdaşlara iki təsirli ötürmə etdi.

Onu da əlavə edək ki, nüfuzlu transfermarkt portalının ekspertləri Jordi Albanı 5 milyon avro qiymətləndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə