“Kəpəz” - “Turan Tovuz” heç-heçəyə oynadılar

“Kəpəz” - “Turan Tovuz” heç-heçəyə oynadılar

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Kəpəz” klubu Gəncədə “Turan Tovuz”u qəbul edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran Gəncə təmsilçisi turnir cədvəlində 9-cu pillədə qalıb. On altı xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə