Hollandiyalı hücumçu Memfis Depay yanvardakı transfer pəncərəsində Kataloniya “Barselona”sını tərk edə bilər.
Qeyd edək ki, bir müddət bundan əvvəl SİA da bu barədə məlumat yaymışdı.
Bu arada İspaniya nəşrlərinin yazdığına görə, hollandiyalı futbolçunun xidmətinə İspaniyanın digər klubu “Sevilya” da maraq göstərirmiş.
Beləliklə, “Sevilya” rəhbərliyi gələn qışda Depayla müqavilə imzalamağa hazırdırlar, lakin bir maneə var. Məsələ bundadır ki, Memfis nəhənglərdən birindən təklif alacağını gözlədiyi üçün “Sevilya”yadan hələ ki, imtina edir.
Xatırladaq ki, ötən ilin yayında hollandiyalının transferi ilə bağlı danışıqlar Turin "Yuventus"u tərəfindən aparılsa da, maliyyə məsələsində yaranan fikir ayrılıqları səbəbindən sövdələşmə baş tutmayıb.
Onu da qeyd edək ki, 28 yaşlı Depay bu mövsüm La Liqada cəmi iki oyuna çıxıb və bir qol vurub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB