Xorkina yarışlara qalib kimi qatılacağına inansa da, amma Navka ümid edir
“Yeməkdən ümid yaxşıdır”

Gimnastika üzrə ikiqat olimpiya çempionu Svetlana Xorkina rusların 2024-cü il Oyunlarında iştirak etmək şanslarını dəyərləndirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xorkina rusların Parisdə keçiriləcək Olimpiadada iştirakına inandığını bildirib. Hətta rusların bu yarışmaya qalib kimi qayıtılacaqlarını da deyib.

Təbii ki, idmançı xanım bu dəfəki qalibiyyətin idmanda deyil, hərbdə olacağını da gizlətməyib.

Qeyd edək ki, daha əvvəl buz rəqsi üzrə olimpiya çempionu Tatyana Navka rusiyalı idmançıların 2024-cü il Oyunlarında iştirakına icazə verilməsi perspektivlərindən danışıb.

Amma o Xorkinadan fərqlı olaraq, sanslarının olsa da, amma buna inanmaq və ən yaxşısına ümid edəcəyini bildirmişdi.

Xatırladaq ki, fevralın sonunda bir çox idman təşkilatları Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə rusların yarışmasına icazə verməyib. Belə ki, futbol, ​​xokkey, biatlon, fiqurlu konkisürmə kimi bəzi növlərdə idmançılar tamamilə dayandırılıb.

Amma avtomobil idmanı, velosiped idmanı, tennis, sambo və şahmatda ruslara neytral statusda çıxış etməyə hələ ki, davam edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə