Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq.
Əvvəlcə “Zirə” “Səbail”i qəbul edəcək. Günün digər matçında “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, ilk oyun günündə “Şamaxı” “Sumqayıt”ı 4:2 hesabıyla məğlub edib. Sonuncu oyun günündə isə “Kəpəz” “Turan Tovuz”la, “Sabah” “Qarabağ”la qarşılaşacaq.
Azərbaycan Premyer Liqası XIV tur 12 noyabr “Zirə” – “Səbail” Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov. Zirə İdman Kompleksinin stadionu, 16:00.
“Neftçi” – “Qəbələ” Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov. Bakı. “Bakcell Arena”, 18:30.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB